Ölən insana halallıq vermək vacibdirmi?
Sual:
Ölən adama halallıq verməmək
Cavab:
Əssələmu aleykum. Əgər bir kəsin ölən insan üzərində haqqı varsa, öldükdən sonra ona halallıq verməsi vacib olmasa da, bu, bəyənilən bir əməldir. Haqsızlığa məruz qalan insanın haqqını halal edib-etməməsi özünə aiddir. Lakin Uca Allah bağışlayan və əfv edən olduğuna görə haqsızlığa məruz qalıb bağışlayan qulunun izzətini artırır. Uca Allah buyurur: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" (əl-Əraf, 199).
Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sədəqə vermək malı əskiltməz. Bağışlayan olduğuna görə Allah qulunun izzətini artırar. Bir kimsə Allah üçün təvazökar olarsa, Allah onu ucaldar". (Səhih Muslim, 2588). Həmçinin oxuyun: