Evlənərkən qadının ailəsinin kişidən pul istəmələri doğrudurmu?
Sual:
Es salami aleykum.Sulim budur ki
Qadın evlendikde Mehr isdemelidir .bu isdediyi sey tekce Qandinin haqqidir .
Bundan əlavə qiz evi ogaln evinden pul qiza göre isdemeyi duzgundur . Qizi onlar aldiqlarina göre .
Bidə qizin evezine ailə Mehr olaraq onlardan neyse isdeye biler .bunlara haqqi var
Xaiş edirəm sualımı tez cavablndirasiniz Allah rizasi ucun
Cavab:
Və aleykum Salam. Dinimiz nikah bağlanarkən qadına kişidən mehr istəmək haqqı vermişdir və bu haqq qadının ailəsinə deyil, qadının özünə aiddir. Evlənərkən qadının valideynlərinin və ya ailəsinin kişidən pul istəmələri şəriətdə buyurulmayıb. Lakin əgər evlənərkən kişinin qadının ailəsinə bir şey verməsi adət halını almışsa və bu könül xoşluğu ilə verilirsə, bu halda bunda bir qəbahət yoxdur. Həmçinin oxuyun: