Namazda çox çaşıram, nə edə bilərəm

    15.02.2025
Kimdən: 
Rayan
Sual: 
Salam aleyküm men namaz üste çox çaşıram yani dediyim sözler yadımdan çıxır tez tez hetta o qeder çaşdımki axırda iki elmi cenamaza vurub çox pis söyüş söydüm bilmeden çox böyük günah sayılır elemi xahiş edirem mene cavab yazın
Cavab: 

Və aleykum Salam. Dinimizə görə bilmədən xəta etmək üzürlü hallardan sayılır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5). Həmçinin buyurur:  “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma!" (əl-Bəqərə, 286). 
Həmçinin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari, 22). Həmçinin bu cavabı oxuyun:

Teqlər: 
Paylaş: