Qadının birinci ərindən olan qızı ikinci ərinin yanında hicabsız gəzə bilərmi?

    19.02.2025
Sual: 
Əgər qadın başqa biri ilə evlənirsə, qadının qızı onun ərinə məhrəm sayılırmı? Onun yanında başını aça bilərmi?
Cavab: 

Əssələmu aleykum. Qadın ikinci dəfə ərə gedərsə, onun birinci ərindən olan qızı qadının ikinci ərinə məhrəm sayılır və onun yanında başını aça bilər. Çünki kişi bir qadınla nikaha girib onunla yaxınlıq edərsə, artıq bu qadının qızı ona haram sayılır. Uca Allah buyurur: "Olub-keçənlər istisna olmaqla bundan sonra atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Həqiqətən, bu, iyrənc və qəzəb doğuran bir əməl və murdar bir yoldur. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi". (ən-Nisə, 22-24). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: