Oruclu ikən cinsi yaxınlıq edən şəxs orucu davam edə bilərmi?

    26.03.2025
Kimdən: 
Malik
Sual: 
Salam orucluyken cinsi elaqe olundu ve derhal qusul aldim Oruca bu halda devam edirem gunahdirmi ve olarmi devam etirmem iftara qeder ? Yoxsa olmazmi?
Cavab: 

Və aleykum Salam. Ramazan ayında oruclu ikən cinsi əlaqədə olmaq haramdır və bu əməli edən şəxs ilk növbədə tövbə etməli və kəffarə olaraq Ramazan ayından sonra altmış gün sərhasər (ardıcıl) oruc tutmalıdır. Bu barədə ətraflı oxuyun:


Ramazan ayında cinsi əlaqə ilə orucunu pozan şəxs orucunun pozulmasına baxmayaraq, Ramazan ayına hörmət əlaməti olaraq iftara qədər yeyib-içməyi saxlamalıdır. 

Teqlər: 
Paylaş: