Övladım və ailəm üçün etdiyim duaları Allah eşidirmi?

    31.03.2025
Kimdən: 
Şehla
Sual: 
Salam. Men öz ovladim ucun dualar edirəm. Narahat oluram. Herden ureyim narahat olur. İçimde narahatciliq yaranir.ele bilirem Övladim pisdi. Yada nese olub. Sonra danişuram bilirem necedi. Herden narahatciliq düz çixir Heqietende ovladim yaxsi olmur. Herden de yaxsi olur. Narahatciliqim sehv çixir. Sanki boşuna narahat olmusam.Butun gunu ureyimde ancaq dualar edirem. Butun valideyinler kimi övladimin xosbext rahat saqliqli olmasini isteyirem Yoldaşimlada ele işde oldugu vaxtlari narahat oluram. Necedi neyr yaxsidirmi? Ramazan ayinda yada her gun etdiyim dualar onlara komek olurmu. Caresuzlikden herden aglayiram. Nese pis birşey olanda.övladim sebrsiz. Ya sehvi Olsa.allah sesimi eşider?
Cavab: 

Və aleykum Salam. Uca Allah valideynin öz övladı üçün etdiyi səmimi duaları, şübhəsiz, qəbul edir. Allah mərhəmətli və lütfkar olduğuna görə Öz bəndələrini eşidib onların çağırışına cavab verəcəyini vəd edərək belə buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (əl-Bəqərə, 186). Səhih hədisdə isə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası". (əl-Beyhəqi “Sunənul-Kubra” 6619). Odur ki, dua etməkdə davam edin. Dua barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: