Nafilə namaz qılmaq daha əfzəldir yoxsa Quran oxumaq?
Sual:
Salamun Aleykum.Savab cehetden sünnet namazı üstündür yoxsa quran qiraeti?
Cavab:
Və aleykum Salam. Nafilə ibadəti ilə Quran oxuyanın ibadəti arasındakı üstünlük məsələsinə gəlincə, bu, insanların halına görə dəyişir. Bunun savab baxımından qiymətləndirilməsi isə Uca Allaha aiddir, çünki O, hər şeyi əhatə edəndir.
Alimlər bu xüsusda belə demişlər: "Bəzən müəyyən bir əməl bir insan üçün daha üstün, digər əməl isə başqa biri üçün daha fəzilətli ola bilər. Çünki bu, insanı Allaha daha çox yaxınlaşdıran amillərdən asılıdır. Məsələn, bəzi insanlar nafilə namazlardan daha çox təsirlənir və bu ibadətlər onları Allaha daha çox yaxınlaşdırır. Bu halda, həmin ibadət onlar üçün daha fəzilətli sayılır. Allah daha yaxşı bilir".