Allah kəlməsinin yanında "Cəllə Cələluhu" sözünü qısa olaraq "cc" yazmaq olarmı?
Sual:
As Salam Aleykum
Allah cc yazmaq caizdir? Ve delili lazım
Bir çoxu bunla bağlı spor edirler amma bir çox alimlerin elm adamların videolarına baxıram çoxuda Allah cc yazır açıq şekilde yazmır. Mehruhdu? Zehmet olmasa delil
Cavab:
Və aleykum Salam. Allah kəlməsinin yanında "Cəllə Cələluhu" (Cəlal və İzzət sahibi) ifadəsini yalnız baş hərfləri ilə qısaldılmış şəkildə yazmaq bəyənilmir. Çünki dindən məlumatı olmayan insanlar Allah kəlməsinin yanında baş hərfləri ilə yazılan bu qısaldılmış formaları oxuduqda başa düşməyəcəklər. Həmçinin Peyğəmbərin adının qarşısında yazılan (sallallahu aleyhi və səlləm) sözünü "s.a.s", "s.a.v" yaxud "s" və s. bu kimi qısa hərflərlə, ifadələrlə yazmağı alimlər şiddətli şəkildə qınamışlar və bunun çox bəyənilməyən hal olduğunu söyləmişlər. Ətraflı oxuyun: