Günahkar insanın duası qəbul ola bilərmi?

    08.04.2025
Sual: 
Məni narahat edən bir mövzu var. Mən günahkar müsəlman olsamda axır vaxtlar dualarım tez qebul olur təbiki artıq peşmanam və daha çox diqqət edirəm ancaq yenədə bilmək istərdimki bu normaldır? İnsan günah etsede duasının tez qebul olmağı.
Cavab: 

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, günahsız insan yoxdur. Bütün insanlar günah edirlər. Günah edənlərin ən xeyirlisi tövbə edənlərdir. Uca Allah sıxıntıya düşən qullarının dualarını qəbul edəndir. Uca Allah buyurur:  "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (əl-Bəqərə, 186).  Həmçinin oxuyun:

Mənə dua edin, Mən də sizə cavab verim

Duanın qəbul olması dedikdə nə nəzərdə tutulur?

Teqlər: 
Paylaş: