Oruclu ikən gününü yatmaqla və ya dünyəvi işlərlə keçirənin orucu sayılırmı?

    12.04.2025
Kimdən: 
Emil
Sual: 
Salam.Ramazan orucunu tutan bir insan namaz qılmırsa,quran oxumursa,dua etmirsə,sədəqə vermirsə,gününü yalnız yatmaqla və ya öz işi ilə keçirirsə orucu qəbul sayılırmı?(Doğrusunu Allah bilir).Bu qaydada oruc tutmaq nə dərəcədə doğrudur.
Cavab: 

Və aleykum Salam. Oruc tutmaq təkcə yeyib-içməkdən imtan etmək deyil, həm də Allahı çox zikr edib müxtəlif ibadətlərlə Ona yaxınlşamaqdır. Ən xeyirli oruc Allah ən çox zikr edilən orucdur. İnsan oruclu olarkən gününü yatmaqla və ya dünyəvi işlərlə keçirərsə, onun orucu səhih olsa da savabı az olar. Həmçinin oxuyun:

Namaz qılmayıb oruc tutmağım nə dərəcədə düzgündür?

Teqlər: 
Paylaş: