Cənnətdə qadınlar öz ərlərindən başqa kişilərə meyil edəcəklərmi?
Və aleykum Salam. Evli qadın boşanmamışsa, Cənnətdə öz həyat yoldaşı ilə birlikdə olacaq. Əgər dünyada ikən boşanmışsa və heç evlənməmişsə bu qadınlar Cənnətdə istədikləri kişi ilə evləndiriləcəklər. Cənnətdə kişilərin birdən çox zövcələri və huriləri olacaq, lakin qadınlar yalnız öz ərləri ilə kifayətlənəcəklər və onlardan başqalarını istəməyəcəklər. Uca Allah Cənnət qadınlarını üç ayədə tərifləyərək onların ərlərindən başqaların istməyəcəklərini və baxışlarını yalnız ərlərinə yönəldəcəklərini bildirir:
- “Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır” (ər-Rahmən, 56).
- “Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qara gözlü hurilər olacaq” (əs-Saffat, 48).
- “Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaq” (Sad, 52).
Təfsir alimləri bu ayələri təfsir edərək bildirmişlər ki, bu qadınlar yalnız öz ərlərinə baxar, başqa heç bir kişiyə meyl etməzlər, onlardan başqa heç kimi istəməzlər və Cənnətdə ərlərindən daha gözəl birini görməzlər. Hətta rəvayət edilir ki, onlardan biri öz ərinə belə deyər: “Allaha and olsun, mən cənnətdə səndən daha gözəl bir şeyi görmürəm. Cənnətdə səndən daha çox sevdiyim bir şey yoxdur. Həmd olsun Allaha ki, səni mənim üçün yaratdı və məni də sənə nəsib etdi”.