Namaz qılmaq istəyirəm, amma şəraitim yoxdur

    16.06.2014
Kimdən: 
Baxış
Sual: 
Men usaqlıqada Namaz qılmaq istemişem ele indide isteyirem amma hecür şeraitimde yoxdur Allahdan Namaz qılmam ücün duaedirem amma nedense dualarım gerceklesmir niye bele olur.... Bide eyer Namazın sözlerini bilmeden secde edersen onda qılınan Namaza sayılır yoxsa nece
Cavab: 

Salam aleykum. Namaz qılmaq üçün insandan hansısa şəraitin olmasını gözləmək lazım deyil. Minlərlə insan qızmar günəş altında, kəskin soyuqda və digər çətin şəraitlərdə namaz qılır. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaqdır və namazı əvəz edə biləcək bir əməl də yoxdur. Xəstəlik təhlükəsi olduqda və ya su tapmadıqda dəstəmaz əvəzinə təyəmmüm almaq olar. Ayaq üstə dura bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılınmalıdır. Həmçinin, bilmək lazımdır ki, Uca Allah ibadəti yorğun halda, xəstə olduqda və ya çətin şəraitdə yerinə yetirənin savablarını qat-qat artırır. Bu haqda çoxlu hədislər vardır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Çətin şəraitdə dəstəmazı kamil şəkildə almaq, məscidə piyada getmək və bir namazdan sonra digər namazı gözləmək günahları yuyub aparır".
Çoxları elə bilir ki, namaza başlamaq üçün əvvəlcə bütün günahlardan çəkinmək lazımdır. Bu səhvdir, çünki əslində Uca Allah bizə əvvəlcə namaza başlamağı və namaz vasitəsilə günahlardan çəkinməyi buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45).
Həmçinin oxuyun: Vaxtı ilə namaz qılmışam...

Namazın sözlərini bilməyərək səcdə etmək sualına gəldikdə, hər bir ibadətin qəbul olunmasının şərtlərindən biri də onun Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) etdiyi kimi edilməsidir. Ona görə də, inşallah tezliklə namaz qılmağı öyrənin, sözləri əzbərləyənə qədər bir müddət kağıza baxaraq namaz qıla bilərsiniz. Allah kömək olsun.

Teqlər: 
Paylaş: