Müştərilərə məhsulları hissə-hissə ödənişlə satan, gecikmə olarsa, əlavə faiz tətbiq edən mağazada işləmək olarmı?
Sual:
Salam. Mağazada müştərilərə məhsullar hissə-hissə ödənişlə satılır və əgər ödənişdə gecikmə olarsa, əlavə faiz tətbiq olunur. Belə bir mağazada işləmək olarmı? Bu halda həmin mağazada işləməyin hökmü nədir?
Cavab:
Və aleykum Salam. Əgər mağazada həm halal ticarət, həm də şəriətə müxalif olan ticarət varsa, şəriətə müxalif olan ticarət növündə işləməmək şərti ilə belə mağazada işləmək olar. Yəni hissə-hissə ödənişi icra etmək olmaz. Lakin digər halal sahələrdə çalışmaq icazəlidir. Həmçinin oxuyun: