Şeytan nədir?

    20.06.2014
Kimdən: 
nuh
Sual: 
weytan nedir
Cavab: 

Salam aleykum. "Şeytan" sözü lüğətdə, fitnəkar, aldadan, yoldan çıxaran və haqdan boyun qaçıran mənasını bildirir. Qurani Kərim və başqa ədəbiyyatlarda "şeytan" sözü xüsusi bir varlıqdan xəbər vermir. Əksinə, insana və digər yaranmışlara da şeytan demək olur. Həmçinin Qurani Kərimdə şərr və fitnəkar insanlar barəsində "şeytan" sözündən istifadə olunmuşdur: "Əuzu billəhi minə-ş-şeytani-r-racim" (lənətlənmiş şeytandan Allaha sığınıram); "De: "Sığınıram insanların Rəbbinə, İnsanların Hökmdarına, İnsanların məbuduna,Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərrindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, O Şeytan ki, cinlərdən də olur, insanlardan da! Və ya: o şeytan istər cinlərdən olsun, istər insanlardan!" (ən-Nas, 1-6).
İslam terminalogiyasında isə "şeytan" sözü ərəb mənşəli olub "şətanə" felindən götürülərək uzaqlaşdırılmış, qovulmuş mənasını daşıyır. İlk dəfə İblis Allahın əmrindən boyun qaçırdığı üçün ilahi rəhmətdən uzaqlaşdırılmış və bu ada layiq görülmüşdür. Uca Allah buyurur: "Mələklər Adəmin yaradılması mübahisə apararkən mənim onlardan heç bir xəbərim yox idi. Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur". Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!" Mələklərin hamısı birlikdə səcdə etdi, yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. (Allah) dedi: "Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?" (İblis) dedi: "Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" (Allah) dedi: "Çıx oradan! Sən artıq (rəhmətimdən) qovulmuşsan! Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!" (İblis) dedi: "Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver". (Allah) dedi: "Sən möhlət verilənlərdənsən – vaxtı məlum olan günə qədər!" (İblis) dedi: "Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş (ixlaslı) qullarından başqa!" (Allah) dedi: "Budur) haqq! Mən yalnız haqqı deyirəm! Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!" (Sad, 69-85). Həmçinin oxuyun:
Cin və şeytan nədir?
Cinlər haqqında surə
ən-Nəs surəsinin izahı

 

Paylaş: