Gün ərzində yüz dəfə deyilən zikrləri yüzdən artıq demək olarmı?

    08.06.2025
Kimdən: 
K
Sual: 
Əs-sələmu Aleykum.sünnedə edilen zikrlər bezileri sayi 100 defe edilir Bes gundə meselen fecr namazdan sonra 100 defe heresindən elemişikse günorta axşamda yene heresinden 100 defe olmaqla zikr etsek bu bidet hesab olunurmu?Yoxse ele gunde 100 defe əstəğfirullah ve ətubi ileyh bircə defe çekmek gelib sünnedə?Meselen 100 defe lə ilahə illallah zikri bir dəfə cekdiksə seher günorta da yene hemin qeder çeksek sünneye muxalif mi oluruq?Menim erim Cümə namazina getmir mescid imami nese deyir isteyerdim ki ferz namazlarinida məsciddə qilsin normal şəkildə sakitce danişdig niye getmirsen sebeb nedi lakin getmir namaz qilandan bu yana neçə cume namazini buraxib umrə eden vaxti qilib ora gedende
Cavab: 

Və aleykum Salam.

1) Bəzi zikrlərin sayı hədislərdə yüz dəfə qeyd edilsə də, bu zikrləri yüzdən çox demək icazəlidir. Məsələn "Əstəğfirullah", "Lə iləhə İlləllah vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmdu və huva alə kulli şeyin qadir", "Subhən-Allahi və bihəmdihi" və s. Bu zikirlərin savabına nail olmaq üçün ən az yüz dəfə deyilməlidir. Lakin çox demək daha da savabdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Kim səhər və axşam yüz dəfə: “Subhən-Allahi və bihəmdihi”- de­yər­­sə, Qiyamət günü onun dediyi kimi və ya ondan daha çox söylə­yəndən başqa heç kəs onun gətirdiyindən daha fəzilətli bir şey gətirə bilməz”. (Muslim, 4858). Həmçinin oxuyun:


2) Bu cavabları oxuyun:
Teqlər: 
Paylaş: