Rus dilində Quranın mənaca tərcüməsini oxumaq olarmı?

    05.06.2025
Kimdən: 
Məhəmməd
Sual: 
Salam Aleykum, Bəzi insanlar var hansılarki baxçanı, məktəbi, universiteti rusca oxuyub yaxud gəncliyi sovet dövründə keçib və rusca daha yaxşı başa düşür, azərbaycanca isə çətin anlayır, bu qəbildən olan şəxslər Qurani Kərimin rus dilində olan tərcüməsini oxuya bilərlərmi? Bilərlərsə kimin Quranı rus dilinə tərcüməsini məsləhət görürsünüz? Yani hansı tərcüməni oxusalar daha doğru olar, indi hərə bir tərcümə edir bilinmir hansı düzdür, birdə zəhmət olmasa eyni sualı ingilis dili üçün də cavablandırardınız.
Cavab: 

Və aleykum Salam. İstənilən dildə Quranın mənaca tərcüməsini oxumaq icazəlidir, fərq etməz istər rus dilində olsun, istər ingilis. Hansı tərcümənin daha doğru olmasına gəlincə, rus dilində digər tərcümələrə nisbətən Elmir Quliyevin tərcüməsi orijinala daha yaxındır. İngilis dilində Muhammad Muhsin Khan və Muhammad Taqi-ud-Din al-Hilalı adlı müəlliflərin tərcümələri Quranın orijinalına daha yaxındır.

Teqlər: 
Paylaş: