Pul verməklə xəstəxanaya işə düzələnin qazancı haramdırmı?

    14.06.2025
Kimdən: 
K
Sual: 
Əs-sələmu Aleykum.Xestexanaya ise duzelmək ucun pul verib qaynanam duzeldib pulu verib bu pul rusvet sayilir ele deyilmi?Ama men bunu bilmirdim yeni sonradan hidayet olmuşam usaq olandan sonra indi ise o işdən maaş gelir o halal sayilirmi? Yeni sonradan bildimki dini oyrendim rusvet sayilir indi o işde işləyə bileremmi? menim 2 balaca uşağim var biri Avutizm diqanozu qoyulub evveler cox saleh emeler edirdimse vaxtim olurdu vaxt ayirirdim İndi ise yalniz gunumun cox hissesi bu usaqlarnan maraqlanmaq olur yuxusuz yorgun oluram duzdu ferz ibadetleri sunneleri zikr olsun bacardigim qeder edirem lakin men evvel bele deyildim indi heccur ozumu evvelki formada gormurem pis oluram buna gore neynim
Cavab: 

Və aleykum Salam.

1) Əvvəla bunu qeyd edək ki, rüşvət bir insanın pul verməklə layiq olmadığı bir vəzifəyə və ya işə düzəlməsidir. Əgər siz hal-hazırda işlədiyiniz peşəni bilirsinizsə və bu işə qanunla düzəlmək sizin haqqınızdırsa, lakin müdiriyyət pul tələb etmədən işə götürməyəcəyini bildiribsə, bu halda verilən pul rüşvət sayılmır. Buna daha sadə belə bir misal çəkmək olar; Ali məktəbdə oxuyan tələbə imtahana tam hazır olduğu halda imtahan götürən müəllim ona pul gətirməsə kəsiləcəyini bildirir. Bu halda tələbənin verdiyi pul rüşvət sayılmır. Həmçinin oxuyun:


2) Bu cavabları oxuyun:
Teqlər: 
Paylaş: