Arafa orucu tutan qadın Əsr namazına yaxın heyz olarsa, Arafa günü savabını qazanırmı?
Və aleykum Salam. Oruc tutan qadın günün istənilən vaxtında heyz olarsa, orucunu açmalıdır. Hətta iftara beş dəqiqə qalmış heyz olsa, orucu pozulmuş olur. Qadın heyz olduğunu bilən andan orucu açmalıdır. Lakin bu hal ondan asılı olmadığı üçün niyyətinə görə Uca Allah ona Arafa gününün orucunu yazır. Çünki yaxşı bir əməl etməyə niyyət edən lakin onu edə bilməyən kəs bu əməli etmiş kimi savab qazanır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “İzzətli və Qüdrətli Allah (mələklərinə belə) buyurmuşdur: “Qulum bir günah iş görməyə niyyət etdiyi zaman bunu (dərhal) onun əleyhinə yazmayın. Əgər o, bu günahı edərsə, ona (cəmi) bir günah yazın. Əgər qulum bir yaxşılıq etməyə niyyət etsə, sonra bunu yerinə yetirməzsə, (ona) bir savab yazın. Hərgah bu yaxşılığı etsə, onda (ona) on savab yazın”. (Muslim, 334). Həmçinin oxuyun: