Tərkibində qarışqa yağı olan dərmanlardan istifadə etmək olarmı?

    09.07.2025
Kimdən: 
Allahın bir qulu
Sual: 
Assalamu Aleykum. Öncelikle çox teşekkür edirem Allah sizden razı olsun İnşaAllah. 1. Tükleri azaltmasına göre qarışqa yumurtası yağı istifade ederek tüklerin alındığı yere sürmek icazelidirmi? Dediklerine göre bunun hazırlanması zamanı heç bir canlıya zerer verilmeyib ve içindeki qarışqa yumurtası yağının ekstratıdır. Ve bu necis sayılırmı? 2. Həşərat qatqısı olan erzaqları yemek haramdırmı? 3. Muhemmed Peygember (sav) axı odla müaliceni qadagan edib ve buna lazer de daxildir çünki lazer de bir od kimi birşeydir bu zaman lazer niye icazeli olsun? Zehmet olmasa detaylı cavablandırmanız mümkündürmü çünki başqa cavabları oxudum ancaq sanki içimde tereddüt qaldı. Teşekkür edirem
Cavab: 

Və aleykum Salam.

1) Şəriətdə olan qaydalardan biri budur ki, öldürülməsi qadağan olan hər hansı bir canlının ölməsi hesabına əldə olunan maddələrdən istifadə etmək olmaz. Qarışqa dinimizdə öldürülməsi qadağan olan canlılardan biridir. Bu barədə ətraflı oxuyun:


Sualda qeyd etdiyiniz məhsul nəcis sayılmır. Lakin əgər bu məhsulun hazırlanmasında heç bir canlıya və ya onun yumurtasına zərər verilməyibsə, bu maddədən istifadə etmək olar. Yox əgər bu maddə qarışqaların yumurtalarını məhv etmək hesabına düzəlirsə, bu əməl günahdır və bu maddədən də istifadə etmək olmaz. Qarışqanın özü və ya ifraz etdiyi maddə təmiz sayılır. 

2) Həşərat qatqısı olan ərzaq dedikdə nəyin nəzərdə tutulduğunu başa düşmədik. 

3) Əvvəla bunu qeyd edək ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) odla müalicəni qadağan etməmişdir, sadəcə bəyənməmişdir. Lakin zərurət yarandıqda istifadə edilməsi icazəlidir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Şəfa üç şeydədir: bal şərbəti içməkdə, hicama etməkdə və dağ basmaqda. Lakin mən ümmətimi dağ basmaqdan çəkindirirəm". (əl-Buxari, 5681). Başqa bir rəvayətdə belə demişdir: "Lakin mən dağ başmağı sevmirəm". (əl-Buxari, 5683). 
Lazer bir növ od olsa da, bədəni, dərini yandırmır, ağrı vermir, sadəcə tükləri yandırır. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) çəkindirdiyi odla müalicə isə odun birbaşa yara olan hissəyə vurub onu yandırmaqdır. Bu vaxt həm od bədəndə iz buraxır, həm də insana ağrı verir. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: