Qaynana kürəkənə birinci salam verməlidir, yoxsa kürəkən qaynanaya?
Sual:
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu
Ana qızının evinə qonaq gedir.Qaynana birinci salam verməlidir kürəkənə yoxsa kürəkən birinci salam verməlidir qaynanaya?
Cavab:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. İlk olaraq yaşca kiçik olanın yaşca böyüyə salam verməsi daha doğrudur. Peyğəmbər ﷺ demişdir: "Kiçik böyüyə, piyada oturana və az sayda olan toplum çox sayda olanlara salam verməlidir". (əl-Buxari, 6231).
Ətraflı oxuyun: Sizə salam olsun!