Təbii yolla suvarılan taxılın zəkatı necə çıxarılır?

    25.07.2025
Sual: 
Assalamu Aleykum va RahmatuLlahi Va Barakatuh. Demye taxıldan yani süni suvarma sistemine ehtiyac görmeyen taxıldan zekat nece verilir? Barak Allahu fikum
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Arpa, buğda, qarğıdalı, düyü və s. bu kimi təbii su ilə (yağış, bulaq və s.) suvarılan torpaqlardan çıxan taxıl məhsullarına zəkat vacib olur. Əgər bu məhsulların miqdarı nisaba, yəni beş "vəsq" miqdarına çatsa, zəkat vacib olur. Beş vəsq – Peyğəmbərin saa adlandırdığı qab ilə ölçüldükdə üç yüz saa deməkdir. Bir vəsq altmış saadır, yəni 5 × 60 = 300 saa. Kiloqramla isə taxılın nisabı 612 kq-dır. Əgər təbii su ilə suvarılan taxılın miqdarı 612 kq və bundan artıq olarsa, onun ondabiri məhsul şəklində zəkat çıxarılır. Taxılın zəkatının vaxtı biçim vaxtıdır. Peyğəmbər ﷺ buyurmuşdur: "Yağış suyu ilə, bulaqla və ya yeraltı təbii su ilə suvarılan əkinlərdə zəkat ondabirdir". Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: