Evlənməyə imkan yoxdursa pul qarşılığında qadınla yaxınlıq etmək olarmı?
Sual:
Salam,hər vaxtınız xeyir.Bu ölkədə evlənmək artıq qəlizləşib.Evlənmək istəyən şəraitsizlikdən,işsizlikdən,pulsuzluqdan,qiymət artımından,daha sonra yaxşı insam tapa bilməməkdən dolayı evlənə bilmir.Bununla belə cinsi istək yaşamaq istəyir.Nəticədə bədən bunu tələb edir,ömür boyu evlənməyən birinin cinsi istəyini ürəyində sadlaması onun saəlamləğına da ziyandır.Düzü,mən özümdən danışıram.belə vəziyyətdə hansısa bir formada cinsi tələbatımı ödəmək istəyirəm.Ya masturbasiya,ya da müəyyən pul qarşılığında bir qadınla olaraq.Çünki evlənmək üçün sadaladığım n qədər səbəblər var.Özüm güclə dolanıram,amma bir yandan da cinsi tələbatımı ödəmək istəyirəm sağlamləq məsələsinə görə. Təşəkkürlər.
Cavab:
Və aleykum Salam. Dinimiz bizə evlənməyi tövsiyə edir. Müsəlman yalnız kəbinli həyat yoldaşı ilə yaxınlıq edə bilər. Kəbin olmadan pul qarşılığında yaxınlıq etmək isə zina sayılır. Ətraflı oxuyun:
Evlənmək üçün imanlı qadın tapa bilmirəm, nə edim?
Zinadan necə qorunmaq olar?
Masturbasiya etməyə icazə verilirmi?