Qiz övladlarına "Zümra" və "Hüma" adlarının qoyulması İslama uyğundurmu?

    03.08.2025
Kimdən: 
Gulzar
Sual: 
Səlamun aleyküm Qiz ovladlarina zümra hüma adlarinin qoyulmasi islama uygundurmu?
Cavab: 

Və aleykum Salam. Ümumiyyətlə, uşaqlara gözəl və mənaca yaxşı, həmçinin cəmiyyətdə qəribə qarşılanmayan ad qoymaq övladın valideyn üzərində olan haqqıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır". (Əbu Nuaym). "Zümrə" sözünün mənası "camaat", "toplum" deməkdir. "Hüma" isə "uğur", xoşbəxtlik" deməkdir. Odur ki bu adların uşağa qoyulmasında bir qəbahət yoxdur. Həmçinin oxuyun:

Uşağa ad qoymaq barədə

Teqlər: 
Paylaş: