əl-Həcc surəsi 65-ci ayənin açıqlaması nədir?

    03.08.2025
Kimdən: 
Amin
Sual: 
Salam. Mənim sualım "Həcc surəsinin "65" ci ayəsi ilə bağlıdır. 65. (Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir! Burada deyir ki göy yerə düşə bilməsin deyə Allahu Təala onu saxlayır. Bunu elmi cəhətdən necə izah etmək olar? Yəni göy yerə düşə bilərmi? Zəhmət deyilsə buna aydınlıq gətirərdiz? Çox sağolun!
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmür­sənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayır. Həqiqətən, Allah insanlara qarşı çox şəfqətlidir, rəhmlidir" (əl-Həcc, 65).

Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə deyir:

"Uca Allah buyurur:Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayır”, yəni əgər Allah istəsəydi, göyə düşmək üçün izn verərdi və o da yerin üstünə çökərdi, beləliklə, yer üzündə olan hər kəs həlak olardı. Lakin Uca Allah Öz lütfü, mərhəməti və qüdrəti sayəsində göyü izni olmadan yerin üzərinə düşməkdən saxlayır. Odur ki Uca Allah ayənin davamında belə buyurur: Həqiqətən, Allah insanlara qarşı”, yəni onların zalımlığına baxmayaraq çox şəfqətlidir, rəhmlidir”. Digər bir ayədə isə belə buyu­rur: Həqi­qə­tən, Rəb­bin insanların zalımlığına bax­ma­ya­raq tövbə edənləri ba­ğış­la­yır. Söz­süz ki, Rəbbinin cə­zası şiddət­li­dir” (“ər-Rad”, 6)".

Teqlər: 
Paylaş: