Zahiri görünüşü gözəl olmayan, lakin əxlaqlı qadınla evlənmək məsləhətdirmi?

    23.08.2025
Kimdən: 
Anonim
Sual: 
Hər vaxtınız xeyir. Necəsiz? Sizə belə sualım var. 27 yaşım var və bir qızla tanış oldum daha doğrusu anam bəyəndi məndə getdik ailəsin çox xoşladım. Qızında əlindən hər iş gəlir. Ailədə ki çox mehriban və səmimidilər. Atam isə qızı bəyənmir. Deyir biraz çirkindi. Məndə özüyümdə fikirləşirəm ki, hamı xarici aləmə baxır, daxili gözəlliyə baxan yoxdur. Yəni mən neynirəm gözəlliyi əsas ağlı olsun. Böyük kiçik yeri bilsin. Mamamda heç nə demir. İndi bu işdə atama tabe olummu? Ama qız çox mərifətlidir. 2 ci sinifdən məktəbə getməyib hələ bu yaşdadı telfonu olmayıb heç. Qorxuram ki bu çıxar əlimdən, gedib gözəl taparıq pis çıxar. Nə məsləhət verərdiz?
Cavab: 

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, oğlan ailə qurmaq üçün qız seçməkdə atasının dediyini etməkdə məcbur deyil. Oğlan özü qərar verməlidir. Siz zahiri görünüşə önəm verməməkdə çox doğru qərar vermisiniz. Əsas olan din, sonra isə əxlaqdır. Əgər bəyəndiyiniz qızın dinindən və əxlaqından razısınızsa, bu halda zahiri görünüşə baxmayın. Ola bilsin qız gəlin gəldikdən sonra elə bir əxlaq nümayiş etdirsin ki, atanız onu hamıdan çox istəsin. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (Səhih əl-Buxari, 5090). Həmçinin oxuyun:

Ailə qurmaq istəyərkən nəyə diqqət etmək lazımdır?

Teqlər: 
Paylaş: