Sosial yardım almaq üçün maşını adından çıxartmaq olarmı?

    06.09.2025
Kimdən: 
K
Sual: 
Əssəlamu Əleykum. Yoldaşimin adına ev var lakin biz kirayədə qalırıq yeni orda ata anası qalır biz ayrı. Birdeki maşinda var onu öz adından çıxartmaq istəyir sosial yardım üçün mən isə qorxuram ki o pul bizim haqqımız olmaya olmaya bize düşer ve günaha batariq çünki 500 manat maaş alır karta lakin əlavədə kart hesabına yatmadan pul alır işə görə yeni şirkətdən e mən buna görə narahatam ki aldadib kimisə harama girmək istəmirəm düzdü avutizmli usağimiz var çətindi biraz ama Allah'ın verdiyi halal ruzi ondan yaxşıdı sizcə düzgün hereketdirmi
Cavab: 

Və aleykum Salam. Müxtəlif hiylələr işlətməklə dövləti aldadaraq layiq olmadığı pulu dövlətdən almaq haramdır. Dövlət sosial yardımı yalnız müəyyən şərtlər daxilində verir. Əgər bu şərtlərdən biri ödənmirsə, o zaman bunu hiylə işlətməklə əldə etmək yalan sayılır. Odur ki çalışın düzgün yollar axtarmaqla sosial yardımı əldə edəsiniz. Həmçinin oxuyun:

Xəstə olmadığı halda xəstəlik adı ilə pensiya düzəltmək olarmı?

Teqlər: 
Paylaş: