Hesabda olan pulun üzərinə gələn faizi kasıba versəm savab qazanırammı?
Sual:
Salam aleykum. Men tehlukesizlik üçün gelirlerimi bankda yigiram.Ciddi bir mebleg de faiz yigilib o pulun uatune.Men o faizi istifade elemirem.O pulu ehtiyaci olan insanlara versem oıar?Bu savab qazandirar?
Cavab:
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, təhlükəsizlik üçün pulu banka qoyarkən üzərinə faiz gəlməyən hesaba qoymağa çalışmaq lazımdır. Əgər bu mümkün olmasa, pulun üzərinə gələn faizdən qurtulmaq üçün onu bir kasıba və ya İslam üçün faydalı olan bir məqsəd üçün vermək lazımdır. Lakin buna görə savab yazılmır. Çünki bu, halal yolla əldə edilən pul sayılmır və verilən faiz də sədəqə sayılmır, sadəcə ondan qurtulmaq üçün verilir. Uca Allah pak olmayan pulu qəbul etmir. Ətraflı oxuyun:
Pulu bankda üzərinə faiz gələn depozit hesabına qoymaq olarmı?
Haram yolla əldə olunan pulu başqa məqsədlər üçün istifadə etmək olarmı?