"Yasin" surəsinin 14-cü ayəsində qeyd edilən üçüncü elçinin adı nədir?

    23.10.2025
Kimdən: 
Fatima
Sual: 
As Salam Aleykum Yasin suresi 14cu ayetde 2 peyğamber daha sonra inkar etdiklerine gore 3cu peyğamberide gonderdiyini deyir Allah (c.c) bu 3 peyğamber kimdi? Fergli tefsirler ve meallar meni çaşdirdi indiden Allah (c.c) razi galsin
Cavab: 

Və aleykum Salam. Uca Allah "Yasin" surəsinin 14-cü ayəsində belə buyurur: "O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. (Bu elçilər:) “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər". Təfsir kitablarında bu üç nəfərin İsa (ona salam olsun) tərəfindən Antakiya əhalisinə göndərilən elçiləri olduğu bildirilir. Bəzi təfsirçilər əvvəl göndərilən iki elçinin adlarının Yohana və Polis, üçüncü elçinin isə Şəmun olduğunu bildirmişlər. İbn Kəsir isə birinci və ikinci elçilərin Şəmun və Yohana, üçüncünün isə Polis olduğunu bildirmişdir. Hər bir halda əgər onlarının adlarının bildirilməsində bir fayda olsaydı, Uca Allah bunu bizə mütləq bildirərdi. Əsas məqsəd bu hadisədən ibrət almaqdır. İbrət isə bundan ibarətdir ki, elçilərin üzərinə düşən yalnız təbliğ etməkdir. Hidayət isə Allahdandır.  

Teqlər: 
Paylaş: