Haramdan uzaq qalmaq üçün bir qızın qəlbini qırmışamsa halallıq almalıyam?

    30.10.2025
Sual: 
Salam aleykum sualım var idi zəhmət olmasa digər cavablara keçid etmədən cavablayardınız, digər cavabları tam oxumuşam, lakin indi öz situasiyam üçün soruşuram. Mən bir qızla danışırdım, qrup yoldaşımdı,tək qaldığımız vaxtlar da olub,getdikcə bağ yarandığını hiss edirdim,lakin düz etmədiyimi anladım,tövbə etdim və əlaqəni tamamilə kəsdim. Lakin indi yenə qrupda görürəm, mənə görə qəlbinin qırıldığını görürəm, nə üçün etdiyimi bilmir, və düşünürəm ki mən ondan halallıq almalıyam. Sualım odur ki ona sadəcə vəziyyəti izah etmək üçün onunla danışa bilərəmmi? Ən azından səbəbini bilərdi, bəlkə dəvətə də səbəb olacaq bir addım olar. Qəlb qırmağın da günah olmağını bilirəm.Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Əvvəla, bunu qeyd edək ki, günahı anlayıb, əlaqəni kəsməyiniz və tövbə etməyiniz doğru bir qərardır. Qəlb qırmaq İslamda bəyənilmir, lakin bəzən günahı tərk etmək və haramdan uzaq qalmaq üçün bunu etməyə məcbur olursunuz. Niyyətiniz Allah görə haram münasibətdən çəkinmək olduğu üçün günah deyil, savab qazandınız. Qıza izah etmək üçün yenidən təmas qurmaq çox vaxt yeni duyğuları oyada bilər və fitnəyə səbəb ola bilər. Odur ki onunla yenidən təmas qurmağı məsləhət görmürük. Çünki təklikdə qalmaq, yazışmaq və ya görüşmək, nə qədər saf niyyətlə olsa da, şeytanın giriş qapısıdır. Həmçinin oxuyun:

Paylaş: