Məğrib namazını səhvən dörd rükət qılan və növbəti namazda bunu xatırlayan nə etməlidir?

    26.11.2025
Kimdən: 
Amine
Sual: 
Əgər axşam namazını 4 rükət qılsam və bunu sonrakı namazı qılanda xatırlasam ne etməliyem?
Cavab: 

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, namazdan sonra namazın rükətləri barədə gələn şübhələr adətən şeytandan olur və belə şübhələrə fikir vermək lazım deyil. Məğrib (Axşam) namazını səhvən dörd rükət qılan və növbəti namazda bunu xatırlayanın Məğrib namazı səhihdir. Belə olan halda namazı bitirdikdən sonra səhv səcdəsi etməlidir. 

Teqlər: 
Paylaş: