Saqqal saxlamaqda qayda necədir?
Sual:
Salam aleykum. Saqqal saxlamaqda qayda necədir? Yanaqdakə tüklər saqqaldan sayılır? Ümumiyyətlə səliqəyə salmaq icazəlidir? 4 barmaq limiti nəyə aiddir? Uzunluğa aiddirsə yan tərəflərə aid qayda nədir? Allah razı olsun
Cavab:
Və aleykum Salam. Saqqal saxlamaq Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əmridir, bütün peyğəmbərlər və onların ardıcılları da saqqal saxlamışlar. Bu barədə dinimizdə kifayət qədər dəlillər var. Bəzi alimlərə görə saqqalı bir ovuc və ya dörd barmaq həddində azaltmaq olar. Bu hədd saqqalın hər tərəfinə aiddir. Yəni saqqal həm yan tərəflərdən, həm də uzununa dörd barmaq qədər olmalıdır. Həmçinin oxuyun: