İşə tez getdiyim üçün Sübh namazını vaxtından əvvəl qıla bilərəmmi?
Sual:
Salam aleykum isə çox tez gedirəm sabah namazını vaxtından yəni sabah namazı girməmişdən qılmaq olarmı?
Cavab:
Və aleykum Salam. Namazın səhih sayılmasının şərtlərindən biri də namazı vaxtında, yəni vaxtı girəndən sonra qılmaqdır. Odur ki heç bir namazı vaxtından əvvəl qılmaq olmaz. Yalnız şəriətin icazə verdiyi hallarda Əsr namazını Zöhrlə, habelə İşa namazını Məğrib namazı ilə birləşdirdikdə vaxtından əvvəl qılınması icazəlidir. Sübh namazını isə heç bir halda vaxtından əvvəl qılmaq olmaz. Həmçinin oxuyun: