Vəfat etmiş yaxın qohumun ili çıxmamış toy etmək iczəlidirmi?

    20.12.2025
Kimdən: 
Anonim
Sual: 
Axşamınız xeyir. Sizə belə bir sualım var. Bu yaxında toyum olacaqdı amma ən yaxın qohumum cavan adam qəzada vəfat etdi. Yəni deyillər il çıxsın sonra toyun olsun. Həmdə yaraları təzədir. Nə gündədir atası anası qohum əqraba. Yaş qanın içindədilər. Məsləhət almaq istəyirəm ki, il çıxmalıdır toy olsun yoxsa necə? Adətən bildiyiniz kimi deyillər il çıxmamış toy etmək olmaz. Yəni bu düzdürmü?
Cavab: 

Əssələmu aleykum. İslam dininə görə hər hansı bir yaxın qohumun yasına görə toyu gecikdirmək doğru deyil. Əgər toy etmək qohuma pis təsir edəcəksə və bu qohumluq əlaqələrinin pozulmasına gətirib çıxaracaqsa, bu halda bir müddət gözləmək daha uyğun olar. Bir müddət sonra qohumla əlaqə saxlayıb onun könlünü almaq və toy məclisinin keçirilməsinə icazə almaq olar. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: