Cümə namazına gedə bilmədim. Nə etməliyəm?

    24.06.2014
Sual: 
Sualım belədir.Cümə namazına gedə bilmədim.Nə etməliyəm
Cavab: 

Aleykum salam. Cümə namazına gedə bilməyəndə 4 rükət zöhr namazını qılmaq lazımdır. Uca Allaha dua edin, Allahdan bağışlanma istəyin və növbəti cümə namazlarına getməyi sizə nəsib etməsini diləyin.
Cümə namazına getmək Uca Allahın kişilərə əmridir: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (əl-Cumə, 9).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Üç dəfə heç bir üzürlü səbəb olmadan cümə namazını tərk edənin Allah qəlbini möhürləyər". (Əbu Dəvud; ən-Nəsəi; İbn Məcəh). 
O, (salləllahu aleyhi və səlləm) həmçinin demişdir: "Canım əlində olan Allaha and olsun ki, istərdim odun yığsınlar, sonra namaz üçün azan versinlər və kiməsə imam olmağı həvalə edib, cümə namazına gəlməyən kişilərin evlərini yandırım". (Muslim).

Teqlər: 
Paylaş: