Yuxuda yarasaya oxşar varlıq görmək nə anlama gəlir?

    24.12.2025
Kimdən: 
Xəyal
Sual: 
Salam Mən Bir müddət əvvəl yumurta iki balaca boy məxluq gördüm üzlərini tam görməsəmdə baş forması yarasaya bənzəyirdi cünki təpə hissəsində tək tək teklər var idi və qularları eynən yarasa qulağına bənzər idi.Dünəndə yuxuda gördümki əlimi yumağa kecirəm hama otağının pəncərəsindən iki nəfərin qəribə dildə danışdığın eşitdim yuxuda danışanların onların olduğun düşündüm BİSMİLLAH deməyə calışdım 2-3 dəfə deyə bilməsəmdə sonrasında dilim acıldı dedim və ayıldım.Məndən 20 dəqiqə sonra isə Yoldaşım diksinib ayıldı səbəbin deməyə qorxdu..Bunların varsa səbəbi yaxud izahi varsa məlumatlandırardız zəhmət olmasa
Cavab: 

Və aleykum Salam. Pis yuxular şeytandandır, onlara əhəmiyyət vermək və onları yozmaq lazım deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (əl-Buxari, 6985). Ətraflı oxuyun:

Paylaş: