Qadının əri tələb edərsə qadın bədən şəkilləndirmə əməliyyatı etdirə bilərmi?
Əssələmu aleykum. Verdiyiniz sual estetik əməliyyatların şəriət hökmü haqqındadır. İslamda estetik əməliyyatın hökmü barədə ətraflı oxuyun:
Estetik cərrahiyyə əməliyyatı hansı hallarda icazəlidir?
Qısa olaraq demək olar ki, anadangəlmə və ya sonradan yaranmış qüsurları aradan qaldırmaq, düzəltmək və ya zərərini azaltmaq məqsədilə zəruri olan estetik əməliyyatlar şəriətdə icazəlidir. Bu qüsurlar insanı həm fiziki, həm də mənəvi cəhətdən incidirsə, onları aradan qaldırmaq şəriətcə caizdir. Çünki ciddi ehtiyac zərurət hökmündə sayılır və bu halda edilən əməliyyat Allahın yaratdıqlarını dəyişmək hesab olunmur.
Şəriət baxımından icazə verilməyən estetik əməliyyatlar da vardır. Bunlarda nə zərurət, nə də ciddi ehtiyac mövcuddur; əksinə, bunlar yaradılışla oynamaq və sırf gözəllik arzusunun ardınca getməkdir. Döşlərin böyüdülməsi və ya kiçildilməsi, qocalıq əlamətlərini aradan qaldırmaq üçün qırışların dartılması və buna bənzər əməliyyatlar buna nümunədir. Şəriətin mövqeyi açıqdır: belə əməliyyatlar caiz deyil. Çünki onların məqsədi yalnız Allahın yaratdıqlarını insanların istək və ehtiraslarına uyğun dəyişməkdir. Bu cür əməliyyatlar iki qadağan olunmuş xüsusiyyəti özündə birləşdirir: gözəllik axtarışı və Allahın yaratdıqlarını dəyişmək. Buna görə də onlar haramdır və onları edən lənətə məruz qalır.
Üstəlik, mütəxəssis həkimlərin dediyi kimi, bir çox estetik əməliyyatlar davamlı ağrılara, zərərlərə və səhhət üçün ciddi fəsadlara səbəb olur. Odur ki hətta həyat yoldaşı tələb etsə belə qadına yuxarıda qeyd etdiyimiz zərurət halları olmadan bədən şəkilləndirmə əməliyyatı etdirmək haramdır. Çünki Allaha asilik olan işlərdə həyat yoldaşına itaət etmək olmaz.