Birinin haqqına girərək elektron əşya aymışam, bu əşyanı qardaşıma verə bilərəmmi?

    24.12.2025
Sual: 
Salam Mənim 14 Yaşım Var Birsinin haqqına Girərərk Elektron Əşya Almıştım Onu Qardaşıma Almışam Bilirəm Hallalıq Almaq Lazimdir Ama Bilmirəm necə edim Elədə böyük imkanımda yoxdur ki Ödənişini edim. Mən əșyanı Balaca Qardaşıma Vermişəm o istifadə etdikcə Mənə Günah Yazılır Böyük ehtimal Əlaqə Yaradsam Pulunu Ödəməli olacam niyyət Etmişəmki Böyüyəndə Sədəqə Verəcəm 500 Azn Əşyanın Dəyərini Təxmin Etmişəm 500 Azn indi Qardaşım Olar O əşyanı istifadə Etməyə Davam Etsin? istifadə Etməsədə Alım Nə edim? Yoxsa Həmin Əşyanin Yenisini Alim Verim ona ? Ama Onu istifade etse daha yaxşı olar məncə Zəhmət Olmasa Məsələyə Aydınlıq Gətirərsiz Zəhmət Olmasa Ətraflı izah Edərsiz Təşəkkürlər Allah Razi
Cavab: 

Və aleykum Salam. Sualda bəzi qaranlıq məqamlar var. Odur ki cavabı bizə aydın olan şəkildə verməyə çalışacağıq. 

Əvvəla qeyd edirsiz ki, birinin haqqına girərək elektron əşya almışam. Buradan aydın olur ki elektron əşya halal yolla əldə edilməyib. Buna görə tövbə etməli və haqqına girdiyiniz adamdan halallıq almalısınız. Çünki qul haqqı halallıq almayana qədər bağışlanmır. Uca Allah hətta şəhidə belə qul haqqını bağışlamır. Ətraflı oxuyun:


Elektron əşya haram yolla əldə edildiyi üçün ondan istifadə etmək olmaz. Bu əşyanı başqasından haram yolla götürmüsünüzsə, onu qaytarmalısınız. Əgər pulunu haram yolla əldə etmisinizsə, onu satıb pulunu haqqına girdiyiniz insana qaytarmalısınız. Əgər birbaşa qaytara bilmirsinizsə, bunu vasitəçilərlə edə bilərsiniz. Yəni bir insana verib göndərmək olar. Həmçinin oxuyun:
Paylaş: