Əri tərəfindən zülm və haqsızlıq olan mühitdə yaşamağa məcbur edilən qadının çıxış yolu nədir?
Və aleykum Salam. Uca Allah sizi tezliklə bu çətinlikdən rahatlığa çıxarsın!
Şəriətə görə ər öz həyat yoldaşını rahat və təhlükəsiz evlə təmin etməyə borcludur. Əgər ərinizin ailə üzvləri sizə bu evdə yaşamağa mane olurlarsa, bu halda əriniz sizi rahat yaşaya biləcəyiniz evlə təmin etməlidir. İslamda ailəni qorumaq mal-mülkdın daha önəmlidir. Çalışın bunu həyat yoldaşınıza başa salasınız. Mal-mülk üstündə fitnə çıxarmaq, ailə dağıtmaq böyük günahdır. Peyğəmbər ﷺ buyurur: "Sizin ən xeyirliniz ailəsinə ən xeyirli olanınızdır". (ət-Tirmizi (4/367), İbn Məca, 1977). Əgər əriniz mal-mülk üçün sizi əziyyətə salırsa, ailəsinin haqsızlığına susursa, sizin qəlbinizi qırıb başqasını razı salmağa çalışırsa, sözsüz ki, bu doğru deyil. Əgər məsələ boşanmaya qədər gəlib çatıbsa, o zaman məsələni həll etmək üçün vasitəçilərə müraciət edin. Uca Allah buyurur: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır". (ən-Nisa, 35). İbn Kəsir bu ayənin təfsirində deyir: "Fiqh alimləri demişlər: "Ər-arvadın arasında ixtilaf düşdükdə hakim onların hər ikisinin vəziyyətlərini görüb müşahidə etməsi və haqsızlıq edənin haqsızlığına mane olması üçün etibarlı bir şəxsin yanında məskunlaşdırır. Əgər münasibətləri gərginləşərsə və mübahisələri uzanarsa, o zaman hakim həm qadının ailəsindən, həm də kişinin ailəsindən etibarlı bir adam göndərir. Bu iki etibarlı şəxs bir araya gələrək ər-arvadın halını müzakirə etdikdən sonra hər ikisi üçün faydalı olan qərarı verərlər, ya onları ayırarlar, ya da barışdırarlar. Lakin Uca Allah bu vəziyyətdə barışmağı daha uyğun hesab edərək "Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar" buyurur". Həmçinin oxuyun: