Özündən asılı olmayan səbəblərə görə qeybət eşidən nə etməlidir?

    24.12.2025
Sual: 
Salam aleykum. İş yerində bir otaqda bir neçə işçi işləyir. Mən bir qrup işçi ilə birlikdə otururam. Bizimlə birlikdə oturmayan işçilər birdən kimsə haqda pis danışmağa başlayırlar və mən bu söhbəti eşidirəm. Bu hal gözləmədiyim anda baş verə bilir. Və mən o an bunu eşitmiş oluram. 1. Belə olduğu halda onlarla oturmasam belə otağı tərk etməliyəm mi? 2.Oturmağa davam etsəm mənə günah yazılır? 3. Gözlənilməz anda birdən danışmağa başlayır 1-2 cümlə danışıb kəsirlərsə o an orda olmağım günahdır? Mən nə edim? Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Əgər qeybət edən insanlar sizinlə oturan işçilərdən deyillərsə, bu halda onların danışdığı qeybətə görə sizə heç bir günah yoxdur. Sadəcə siz nəsihət baxımından onlara tövsiyə edə bilərsiniz. Əgər olduğunuz yerdə sizdən asılı olmayan səbəblərə görə qeybət eşidisinizsə və siz qəlbinizdə bunu inkar edirsinizsə, buna görə sizə günah yazılmır. Bu halda siz oturduğunuz otağı tərk etməyə də borclu deyilsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Sizdən biriniz pis bir işi görərsə, onu əli ilə dəyişsin, bacarmasa, dili ilə, bunu da bacarmasa, qəlbi ilə dəyişsin. Bu da ən zəif imandır". (Muslim, 1/413). Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüv­vəsi çatdığı qədər mü­­kəlləf edər. Hər kəsin qa­zan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əley­hinədir" (əl-Bəqərə, 286). Həmçinin oxuyun:

Paylaş: