Qız evlənmək istədiyi oğlanla necə görüşə bilər?

    13.01.2026
Kimdən: 
Namazda rukudan qalxanda semiallahu, əllər asagi salinib rabbenaden sonra səcdəyə getmək üçün Allahu Əkbər deyəndə əllər yeniden qaldirilir? Vitrdə 2-də Allahu Ekber deyib ettahiyyatsiz oturub 3-e qalxanda təkrar Allahu Əkbər deyilir? Allah razı olsun
Sual: 
Əssələmu Əleykum. Mənim ailəmdə məndən başqa hicablı olan,namaz qılan yoxdur, yəni görücü üsulu olmağı üçün mömin tanışlar da yoxdur, olsa belə ailəm dinə qarşıdır və sevmirlər, məsələn saqqalı olan oğlanlara vəhabi deyirlər və s, nə qədər başa salsam da anlamırlar, əksinə mənə psixoloji təhdidlər və s edirlər, oğlanlarla zərurət olmadan danışmamağa çalışıram, mömin bacılar da tanımıram, məhrəmim də yoxdur (atasız, digəri xaricdə), SubhənAllah Allahdan başqa demək olar heç kimim yoxdur həqiqətən yanımda olan. Ancaq mən necə evlənəcəyimi bilmirəm, çünki naməhrəmlərin görüşməsi danışması halal deyil, bunun nəsə halal bir yolu varmı? Zəif hədislər haqqında nə düşünməliyik onları etməliyik mi?
Cavab: 

Və aleykum Salam. Əvvəla Uca Allahdan sizə səbir və dində sabitlik diləyirik!

Dinimizdə qızın evlənmək məqsədilə naməhrəm oğlanla tək qalmamaq şərti ilə görüşməsi və danışması icazəlidir. Evlənmək istədiyiniz oğlana dini yaşamağınıza mane olmamasını şərt qoyun. Həmçinin oxuyun:

Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?


Hədisin zəif və ya səhih olması hədis alimləri tərəfindən araşdırılıb müəyyən olunur. Əgər alimlər hədisin zəif olmasını bildiriblərsə, bu hədis əməl olunmur. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: