Evli qadın başqa kişi ilə kəbin kəsdirib münasibətdə ola bilərmi?
Sual:
Allahin salami olsun bir sual vermek isteyirem menim padruqam elidir kebini var lakin sevgiliside var bilir zina etdiyini amma sevgilisi ile birlikde olmaq isteyir gunahdir bilir amma sevgilisinin ona ehtiyaci var deye onunla kebine girmek isteyir bu dogrudurmu buna icaze vardir qadin iki defe kebine girsin cunki qaqadin namazda qilir
Cavab:
Və aleykum Salam. Evli qadın başqası ilə heç bir halda kəbin kəsdirə bilməz. Evli qadının başqa kişi ilə münasibəti ərinə xəyanət və zina sayılır. Rəfiqənizə bu əməldən tövbə etməyi tövsiyə edin. Qadın ilk növbədə ərinin haqqını qorumalıdır, ərin haqqı isə ona xəyanət etməmək və namusunu qorumaqdır. Heç bir kişi öz halal ərinə xəyanət edən qadına yaxşı gözlə baxmır. Yad bir kişinin ona ehtiyacı olduğu üçün Uca Allaha asi olmaq və ərə xəyanət etmək, sözsüz ki, böyük günahdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlara ərin haqqının böyük olduğunu bildirərək buyurur: "Bil ki, ərin, ya sənin (itaət etsən) Cənnətin, ya da (haqlarını ödəməsən) Cəhənnəmindir!” (Əhməd, 19025). Həmçinin oxuyun: