Namaz qılanın qarşısında oturan tərpənərsə namaz qılana günah varmı?
Sual:
Salam mən namaz qılarkən qabaqda kimsə oturursa və namaz əsnasında hərəkət etsə əlini ayağını oynatsa bunun günahı varmıdır və namazı pozurmu??
Cavab:
Və aleykum Salam. Xeyr, bunun sizin namazınıza heç bir təsiri və günahı yoxdur. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcəsi Aişə (Allah ondan razı olsun) demişdir: "Mən Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qarşısında ayaqlarımı onun qibləsinə tərəf (uzadıb) yatardım. O, (gecə namazı qılarkən) səcdəyə getdikdə (əlini) mənə toxundurar və mən ayaqlarımı yığardım, (səcdədən) qalxdıqda isə onları uzadardım”. Aişə dedi: "O vaxtlar evlərdə lampa yox idi" (əl-Buxari, 382).