And içib sonra özünə güc gələ bilməyib andı pozmaq

    28.06.2014
Sual: 
Salam Aleykum. Hansısa bir vərdişi etməyəcəm deye qurana əl basıb sora iradənə guc gələ bilməyəcəyni biləndə artıq əl basandan sora mumkundurmu andı bagslanmaqla pozmaq?
Cavab: 

Aleykum salam. Qurana əl basaraq and içmək olmaz. Daha ətraflı: Qurana əl basaraq and içmək olarmı?
Andı qəsdən pozmaq barəsində Uca Allah buyurur: "Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandırar. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 89).

Teqlər: 
Paylaş: