Həsənin xilafəti Muaviyəyə verməsi barədə hansı kitablardan oxumaq olar?

    16.05.2026
Kimdən: 
Aydin
Sual: 
Salam aleykum va rahmatullah. Bilmek isdeyirdim hesen r.a xilafeti muaviyeye verib huseynde heseninde muaviyeye beyet etmesini hansi membeden tapa bilerem. Siye rafizi membelerindednde bildiyiniz vardisa yazardiz zehmet olmasa
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Həsən ibn Əli hicri 41-ci ildə xilafəti Müaviyə ibn Əbu Süfyana təhvil verdi və müsəlmanların birliyi üçün onunla sülh bağladı. Bu hadisə tarixdə "Birlik ili" kimi məşhurdur. Bu barədə həm şiə, həm də sünni mənbələrində məlumatlar yer almışdır. Əhli-Sünnə mənbələrindən "Tərix ət-Tabəri", "əl-Budəyə vən-Nihəyə", "Siyər Əlam ən-Nubələ" əsərlərində geniş məlumat yer almışdır. Həmçinin şiə mənbələrində də bu hadisə qeyd olunur. Bu hadisə barədə şiələrin "Bihər əl-Ənvər" əsərində, ət-Tabərsinin "İhticac" əsərində oxumaq olar. Bəzi alimləri bu barədə müstəqil kitablar yazmışlar. Məsələn, Razi Ali Yasin adlı alim "Həsənin bağladığı sülh" adlı kitab yazmışdır. Həmçinin oxuyun:

İmam Həsən ibn Əli​​​​​​​
Teqlər: 
Paylaş: