Cadunun şirk olduğunu bilmədən ona müraciət edib, sonra səmimi tövbə edəni Allah bağışlayarmı?

    18.07.2026
Kimdən: 
P
Sual: 
Salam mən cadunun günah olduğunu bilirdim amma şirk olduğunu bilmirdim tövbə etsəm Allah Tövbəmi qəbul edər mən bosanmisdim çox pis oldum istədim ki yoldasın geri qayitsin yəni pis niyyətim yox idi
Cavab: 

Və aleykum Salam. Sehrə (cadugərliyə) müraciət etmək çox böyük günahdır və bəzi növləri insanı şirkin içinə sala bilər. Lakin əgər insan səmimi qəlbdən tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Uca Allah buyurur: "(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!" (əz Zumər, 53). Əgər etdiyiniz əmələ peşmansınızsa, onu tam tərk edib Allaha ixlasla tövbə edin, bir daha belə işlərə qayıtmamağa qəti qərar verin və saleh əməlləri artırın. Allahın rəhməti genişdir və səmimi tövbə edən bəndəsinin tövbəsini qəbul edər. Həmçinin oxuyun:

Paylaş: