Restoranda toyuq ətinin halal sertifikatı yoxdursa onu yemək icazəlidirmi?
Və aleykum Salam. Sadəcə "sertifikatı yoxdur" deyə həmin toyuğa haram hökmü vermək olmaz. Çünki İslamda əsas qayda budur ki, ətlərin əsli halaldır. Amma əgər restoran kəsimin necə həyata keçirildiyini bilmir və ya halal kəsimə zəmanət vermirsə, ehtiyat baxımından toyuq məhsullarından çəkinmək daha münasibdir. Mal ətinin halal olduğu təsdiqlənibsə, onu yeməkdə problem yoxdur. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sənə şübhəli olan şeyləri tərk edib, şübhəli olmayanı götür!..." (ət-Tirmizi, 2518; Əhməd, 1630; İbn Hibban, 722; ən-Nəsəi, 5615). Həmçinin demişdir: "Halal da bəllidir, haram da. Bunların arasında halal yaxud haram olduğu bəlli olmayan bəzi şübhəli şeylər vardır ki, insanların çoxu bunu bilməzlər. Kim şübhəli məsələlərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli məsələlərə dalsa, mal-qarasını qoruğun kənarında otaran çoban kimi, çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir" (əl-Buxari, 52; Muslim, 1599). Həmçinin oxuyun: