Qayınana-qayınata ilə birgə yaşadığımız ev dar olduğu üçün ərimdən ayrıca ev istəməyim günahdırmı?

    18.08.2026
Kimdən: 
K
Sual: 
Əssələmu ələykum.bizim heyet evimiz var lakin evimiz dardi geniş deyil qaynana qaynata men yoldasim 2 usaq qaliriq. Eşyalari bele gucnen yerlewdiririk qonaq gelende ve yaxud basqa bir sey insan cekinir birinide devet etmeye eve cunki dardi ve biz ikimiz namaz qiliriq atasi anasi namaz qilmir hec tövhidle elaqesi bele yoxdu haram musiqi olur evde bir sozle vaxtim zay olub gedir onlar dunyaya meyillidi qeybet her cur gunah edirlər kiraye cixmisdiq pul cox cixir dəye qayitdiq bura İndi de fikirləse qalmisiq ev dardi bizede rahat deyil nedeki onlara men en cox dinimle bagli bu evden cixmaq isteyirem. Sizce bunu yoldasima desem gunah qazanarammi men butun gun onlarla oluram imanima tesir edir
Cavab: 

Və aleykum Salam. Qadının ərindən ayrıca yaşayış yeri istəməsi, əgər imkan daxilindədirsə və qaynana-qaynata birlikdə yaşamaq ona zərər verirsə, şəriətlə bu əsaslı bir tələbdir. Odur ki bunu həyat yoldaşınıza deməyiniz günah deyil, əksinə, evin darlığı, şəxsi rahatlığın olmaması və xüsusilə dini mühitin sizə mənfi təsir etməsi kimi səbəbləri onunla sakit şəkildə danışmağınız tamamilə normaldır. Həmçinin oxuyun:

Yoldaşımın valideynlərindən ayrı yaşamaq istəməyim düzgündürmü?

Teqlər: 
Paylaş: