Əti yeyilən heyvanları və quşları necə müəyyən edə bilərik?

    23.08.2026
Kimdən: 
Abdullah
Sual: 
Salam aleykum, hansı heyvanları yemək olmaz? İt, pişik və vəhşi heyvanları və quşları halal olmadığı necə müəyyənləşdirilir?
Cavab: 

Və aleykum Salam. Yalnız suda yaşayan heyvanların hamısını yemək halaldır. Uca Allah buyurur: "Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi". (əl-Maidə, 96). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Dənizin suyu təmiz, ölüsü də halaldır". (İbn Məcəh, 38).

Quruda yaşayan heyvanlara gəlincə, İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (quruda yaşayan heyvanlardan) köpək dişli heyvanların və caynaqlı quşların yeyilməsini haram etmişdir" (Muslim, 1934). Məsələn, it, pişik, şir, ayı, canavar və s. köpək dişli sayılır. Qartal, bayquş və s. caynaqlı heyvanlardan sayılır. Həmçinin oxuyun:

Həm suda, həm də quruda yaşayan heyvanların əti yeyilə bilərmi?

Teqlər: 
Paylaş: