İnsanın istəmədən ağlına gələn və ya düşündüyü sözə görə başqasının haqqına girmiş sayılırmı?

    24.08.2026
Sual: 
Səhvliklə öz içimdə çaşıb kiminsə haqqına girəcək söz düşünüb və ya desəm həmin şəxsin haqqına girmiş olaram?
Cavab: 

Əssələmu aleykum. Xeyr, insanın başqa bir insan barədə qeyri-ixtiyari ağlına gələn vəsvəsə və düşüncələrə görə onun haqqına girmiş sayılmır. Əgər qəsdən həmin şəxsi təhqir etməmiş, ona zərər verməmiş və haqqını tapdalamamışsa, sadəcə içindən keçən fikrə görə günah daşımır. Əgər deyərsə, bu halda günah daşımış olar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah ümmətimə istəmədən yaranan fikir və düşüncələri, onu əmələ gətirmədikləri və dilə gətirmədikləri müddətcə bağışlamışdır". (İbn Məcəh, 2043). Həmçinin oxuyun:

Paylaş: