Atam səhhətinə görə təyyarə ilə səfər edə bilmir, onun adından ümrə edə bilərəmmi?
Sual:
Salam aleykum.Atam seheti ile bagli teyyareye mine bilmir.onun adindan umre ede bilerem?
Cavab:
Və aleykum Salam. Əgər atanız səhhəti səbəbilə təyyarə ilə səfər edə bilmirsə və xəstəliyi daimi və sağalma ümidi olmayan xəstəlikdirsə, onun adından ümrə edə bilərsiniz. Amma əgər xəstəliyi müvəqqətidirsə və sonradan səfər edə bilməsi ehtimalı varsa, onun sağalmasını gözləmək lazımdır. Peyğəmbər ﷺ qocalıq səbəbilə həcc edə bilməyən atasının əvəzinə həcc və ümrə etməsi barədə soruşan qadına "Atanın əvəzinə həcc və ümrə et" buyurmuşdur. (Əbu Davud, 1809; ət-Tirmizi, 930). Həmçinin oxuyun: